Mojo.az Banner
23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |    
Left Banner
Right Banner

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

08.09.2025 22:38 453
Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Sin Cinpin Pekində keçirilən görüşdə orqan transplantasiyası vasitəsilə ömrün 150 ilə uzadılması ideyası dünya mətbuatının diqqətini çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi xarici ekspertlər bu ideyanın reallıqda əsasının olub-olmadığını araşdırıblar.

Mütəxəssislərin fikrincə, orqan transplantasiyası milyonlarla insanın həyatını xilas edir: böyrəklər, qaraciyərlər və ürəklər onilliklər ərzində fəaliyyət göstərə bilər, xüsusən donor sağlamdırsa və xəstə tövsiyələrə diqqətlə əməl edirsə.

Bununla belə, transplantasiya həmişə risklə əlaqələndirilir: əməliyyatlara dözmək çətindir, ömürlük dərmanlar infeksiya və ağırlaşmaların ehtimalı və s. Alimlər geni dəyişdirilmiş donuzlardan tutmuş insan kök hüceyrələrindən böyüyən toxumaya qədər “mükəmməl” orqanlar yaratmaq üzərində işləyirlər. İlk eksperimentlər artıq aparılıb, lakin donuz orqanları qəbul edən xəstələr uzun ömür sürməyib və tam işlək süni orqanlar hələ yaradılmayıb.

Edinburq Universitetinin professoru Neil Mabbottun fikrincə, insan ömrünün nəzəri həddi təxminən 120-125 il olaraq qalır.

"Orqanlar dəyişdirilsə belə, qocalmış orqanizm infeksiyalara, xəsarətlərə və stressə daha az dözür", o,izah edib. Mütəxəssislər yeni texnologiyaların ciddi xəstəliklərin müalicəsi və aktiv uzunömürlülüyün uzadılması üçün vacib olduğu ilə razılaşırlar, lakin hələ ki, “ölümsüzlük” və ya 150 il yaşamaq tərəddüd altındadır.скачать dle 11.3
Mojo.az Banner