Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "Joy Travel" turizm şirkətindən külli məbləğdə DƏLƏDUZLUQ - FOTO

08.09.2025 12:27 1 422
Bakıda
Azərbaycanda onlarla ailə "Joy Travel" turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.

Median.Az
-ın xəbərinə görə, şikayətçilərin Yurd.media-ya verdikləri məlumata əsasən, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə müflis olduğunu bildirib.

Bildirilib ki, "Joy Travel"in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem yaşandığını, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracaqlarını bildirsələr də, bu istiqamətdə heç bir iş görməyiblər.

Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğunun əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.




Son xəbərlər