Mojo.az Banner
22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |     21:25 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib  |     21:16 Bakının mərkəzində sağlam ağacları kəsiblər? - Video  |     21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |     20:43 Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində  |     20:39 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub  |     20:34 "Ferrari" ilk elektrik avtomobilini təqdim etdi - qiyməti 550 min avrodan başlayır  |    
Left Banner
Right Banner

Bu ilin avqust ayı ərzində sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılıb

02.09.2025 18:55 660
Bu ilin avqust ayı ərzində sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılıb
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 2025-ci ilin avqust ayında 891 nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 29 nəfər saxlanılıb. Onların 12-si Azərbaycan, 4-ü İran, 3-ü Banqladeş, 3-ü Pakistan, 2-si Gürcüstan, 1-i Filippin, 1-i Şri-Lanka, 1-i Özbəkistan, 1-i Tacikistan, 1-i Türkiyə vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılan tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 17 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 349 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 590 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 53 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılmış, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.скачать dle 11.3
Mojo.az Banner