Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Hər il on minlərlə insanı öldürən böyük təhlükə

27.08.2025 22:47 534
Hər il on minlərlə insanı öldürən böyük təhlükə
ABŞ-da fosil yanacaqların sağlamlıq üzərindəki təsirlərini araşdıran yeni bir araşdırma, neft və qaz sənayesinin hər il 91.000-dən çox erkən ölümə səbəb olduğunu ortaya qoydu. Bundan əlavə, hava çirklənməsi ilə əlaqədar olaraq hər il 10.000-dən çox erkən doğum, yüzlərlə min yeni astma halı və minlərlə xərçəng inkişafı ilə də əlaqə qurulub.

Qaynarinfo xəbər verir ki, araşdırma neft və qaz fəaliyyətindən yaranan hava çirklənməsinin insan sağlamlığı üzərindəki təsirlərini həm say, həm də coğrafi paylanma baxımından ətraflı şəkildə araşdırır. University College London, Stockholm Ətraf Mühit İnstitutu, Corc Vaşinqton Universiteti və Kolorado Boulder Universiteti alimləri tərəfindən aparılan araşdırmada, hava çirklənməsinin ölkə üzrə necə yayıldığı inkişaf etdirilmiş kompüter modelləri ilə xəritələndirilib. Əldə edilən məlumatlar milli sağlamlıq statistikası ilə uyğunlaşdırılaraq sağlamlıq üzərindəki təsirlər qiymətləndirilib.

Araşdırma göstərir ki, fosil yanacaqlar təkcə yandığı anda deyil, axtarış, qazma, daşınma və emal kimi hər bir mərhələsində müxtəlif növ çirkləndiricilər buraxır. Bu proses boyu atmosferə buraxılan əsas maddələr arasında azot dioksid (NO₂), ozon (O₃) və incə hissəcik maddəsi (PM2.5) var. Bu maddələr nəfəs yolu ilə ağciyərlərin dərinliklərinə qədər girə bilir və qan dövranına qarışaraq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir.

Tibb araşdırmaları uzun müddətdir ki, bu cür çirkləndiricilərin xüsusilə ürək-damar xəstəlikləri, tənəffüs yolu xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəli olduğunu göstərir.

Araşdırmanın baş müəlliflərindən Dr. Karn Vohra, neft və qaz mənbli hava çirklənməsinin təsirlərini ölçmək üçün sənayeyə xüsusi hava keyfiyyəti modellərindən istifadə etdiklərini bildirir. Araşdırmanın diqqət çəkən tapıntılarından biri odur ki, incə hissəcik maddəsinə bağlı erkən doğumların və yetkin ölümlərinin təxminən beşdə biri neft və qaz mənblidir. Bundan əlavə, azot dioksid çirklənməsinə bağlı uşaqlıq astması hallarının təxminən 90%-i də eyni sənayeyə bağlanır.

Araşdırma, sağlamlıq risklərinin ABŞ üzrə bərabər paylanmadığını da ortaya qoyur. Xüsusilə etnik azlıqlar və mərhum qrupların fosil yanacaq fəaliyyətindən daha çox təsirləndiyi görülür. Yerli Amerikalılar və Hispanik icmalar axtarış və daşınma proseslərindən yaranan çirklənməyə daha çox məruz qalarkən, qara və Asiyalı əhali yanacağın son istifadəsindən yaranan çirkləndiricilərdən daha çox təsirlənir.

Məlumatlar göstərir ki, qara icmalar ümumilikdə daha az çirkləndirici buraxan, lakin yaşayış məntəqələrinə daha yaxın olan emal kimi "aşağı axın" fəaliyyətlərindən nisbətən daha çox təsirlənir. Bu vəziyyət xüsusilə neft hasilatının sıx olduğu şərqi Texas və "Xərçəng Küçəsi" kimi tanınan Cənubi Luiziana kimi regionlarda daha aydın görünür.

Araşdırmanın yalnız xarici hava çirklənməsini nəzərə alması və 2017-ci il məlumatlarından istifadə etməsi, əldə edilən rəqəmlərin mövcud vəziyyəti tam əks etdirməyə biləcəyini düşündürür. Araşdırmaya görə, 2017 və 2023-cü illər arasında ABŞ-da neft və qaz istehsalı 40% artıb. İstehlakdakı artım isə 8% səviyyəsindədir. Bu da günümüzdəki sağlamlıq təsirlərinin keçmiş illərdən daha böyük ola biləcəyinə işarə edir.

Üstəlik, bu məlumatlar istixana qazı tullantıları və iqlim dəyişikliyi kimi digər təsirlər nəzərə alınmadan əldə edilib. Təkcə hava keyfiyyəsi əsasında belə bu qədər çarpıcı nəticələrə çatılması, fosil yanacaq istifadəsinin azaldılmasının nə üçün bu qədər təcili olduğunu bir daha göstərir.

Araşdırmanın müəlliflərindən Dr. Ploy Akakulvisut, bu nəticələrin fosil yanacaqlardan uzaqlaşmaq üçün güclü əsas təqdim etdiyini bildirir. Akakulvisuta görə, neft və qaz istifadəsinin zamanla azaldılması təkcə iqlim böhranı ilə mübarizədə deyil, həm də qısa müddətdə ictimai sağlamlıq baxımından əhəmiyyətli qazanclar təmin edə bilər: "Hər il yüzlərlə min uşağın, yetkinin və yaşlının xəstəlikdən və erkən ölümdən qorunması mümkün ola bilər".скачать dle 11.3
Mojo.az Banner