Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Bu barədə Banqkokda brifinq zamanı Tailand Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikondet Phalanqkun bildirib.
"İndiyə qədər Kamboca tərəfi ilə sərhədyanı zonanın minalardan təmizlənməsi barədə üç sərhəd bölgəsindən yalnız birində razılaşmaq mümkün olub", - o bildirib.