Mojo.az Banner
16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb

26.08.2025 12:49 537
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb
Azərbaycanda 7 min 427 xarici vətəndaş ötən tədris ilində bakalavr və magistratura pilləsi üzrə qəbul olunub.

Bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə əks olunub.

Belə ki, bu rəqəm 2023-2024-cü ildə 6 min 680, 2020-2021-ci tədris ilində 5 min 256 nəfər olub.

Ali təhsilin sözügedən pillələri üzrə Azərbaycanı seçən 7 min 427 tələbənin 1175-i MDB ölkələrindən, 6 min 297-si digər ölkələrdəndir.

MDB ölkələri içərisində 794 nəfər Rusiyadan, Türkmənistandan 107 nəfər, Qazaxıstandan 70 nəfər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olub.

Həmçinin Ukraynadan 57 nəfər bakalavr və magistratura pilləsi üzrə Azərbaycanda təhsil alıb.

Bundan başqa, ötən tədris ilində Türkiyədən 3477, İrandan 942 nəfər, Gürcüstandan 668 nəfər, Hindistandan 305, Pakistandan 180, Suriyadan 148 nəfər Azərbaycan ali təhsil müəssisələrinə qəbul olub.

Məlumatda qeyd olunub ki, Anqola, Estoniya, Eritreya, İsveç, Kolumbiya, Kamerun, Koreya, Küveyt, Tanzaniya, Yaponiyadan hər biri ayrılıqda 1 nəfər Azərbaycanda təhsil almağı seçib.скачать dle 11.3
Mojo.az Banner