Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub

18.09.2025 22:38 591
Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub
İyulun 22-dən sentyabrın 13-dək 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə 27 min 21 nəfərin tələbə qəbul olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbul olunan tələbələrin 84 faizi dövlət sifarişi əsasında, 16 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39 faizini qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

2025-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə başlanılıb. Hazırlıq işləri çərçivəsində texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramlarında yeniliklər və müvafiq dəyişikliklər tətbiq olunub. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya həm yerli müəlliflər tərəfindən hazırlanmış, həm də xarici dildən Azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.

Əmək bazarının tələblərinə uyğun olaraq, tələbələr arasında ən çox seçilən aşpazlıq, mühasibat uçotu, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, qrafik dizayn, avtomobil üzrə elektrik, veb dizayn və proqram təminatı, kompüterlərin təmiri və xidməti üzrə texnik, eləcə də veb dizayner və proqram təminatçısı ixtisasları olub.скачать dle 11.3
Mojo.az Banner