Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

02.08.2019 12:04 1 332
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək:

“Bunlardan 23-ü tam yeni ixtisaslardır. Onlardan 14-ü peşə təsnifatına yeni daxil edilib. 9-u isə təsnifatda olub indiyə kimi tədris olunmayan ixtisaslar idi. Ümumilikdə isə yeni tədris ilində tədris proqramları və kurikulum əsasında dərslər keçiriləcək. Əsas sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur”.

Amil Əlili qeyd edib ki, bu il də sənəd qəbulu “ASAN xidmət”lə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək:

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi də nəzərdə tutulur”.

Qeyd edilib ki, sənəd qəbulu prosesinə mərkəzin 120 könüllüsü cəlb olunacaq.скачать dle 11.3
Mojo.az Banner