Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tufandağ buzlağında ərimə prosesi sürətlənib

25.08.2025 17:27 453
Tufandağ buzlağında ərimə prosesi sürətlənib
Böyük Qafqazın şimal-şərq yamacında Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərindən ibarət birgə ekspedisiya təşkil edilib.

Bu barədə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, tədqiqat zamanı buzlaqların koordinatları, dəniz səviyyəsindən olan hündürlükləri, ekspozisiyası və fotoşəkilləri (buzlaqlar yerləşən dərələrin təsviri, yamaclara görə yeri, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu və s.) götürülüb.

Aparılan tədqiqatlar nəticəsində buzlağın sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində əmələ gəlmiş çatların sayının artması və ölçülərinin genişlənməsi müşahidə olunub. 3500-3800 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu isə bir daha qlobal iqlim dəyişmələrinin təsiri nəticəsəndə anomal istilər zamanı buzlaq üzərində əmələ gəlmiş çatların ölçülərinin böyüyərək genişlənməsindən eyni zamanda ərimə prosesi zamanı buzlaq dilinin yüksəkliyə doğru çəkilərək həcminin azalmasından xəbər verir.

Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.скачать dle 11.3
Mojo.az Banner