Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?

23.08.2025 22:31 690
Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?
Süni intellekt artıq həyatımızın hər sahəsinə daxil olub. Lakin bu texnologiya yalnız yer üzündə deyil, kosmosda da insanlığın ən böyük macərasının – kosmosun öyrənilməsinin əsas alətlərindən birinə çevrilib.

Əgər “süni intellekt” deyəndə ağlınıza filmlərdəki kimi dünyanı ələ keçirməyə çalışan robotlar və ya insan kimi danışan kosmik kompüterlər gəlirsə, yanılmırsınız.

NASA və digər kosmik agentliklər süni intellekti Mars missiyalarından tutmuş, teleskoplardan gələn nəhəng məlumatların emalına qədər bir çox sahədə tətbiq edirlər.

Valyuta.az xəbər verir ki, Marsaa göndərilən "Perseverance və Curiosity" kimi robotlar Yer üzündən real vaxt rejimində idarə olunmur. Çünki siqnalın Marsa gedib gəlməsi orta hesabla 20 dəqiqə çəkir. Süni intellekt isə bu boşluğu dolduraraq, robotlara ətrafı 3D xəritələndirmək, təhlükəli əraziləri tanımaq və öz marşrutlarını seçmək imkanı verir. Bundan başqa, AI “elmi baxımdan maraqlı” daş və mineralları da aşkar edə bilir.

Teleskoplardan gələn nəhəng məlumatların emalı

J"ames Webb" kimi teleskoplar hər gün terabaytlarla məlumat ötürür. Bu məlumatları insanın əl ilə araşdırması mümkün deyil. Süni intellekt isə saniyələr içində planetlərin, qara dəliklərin və galaktikaların aşkarlanmasına imkan verən anormallıqları və nümunələri müəyyənləşdirir.

Peyklərin və kosmik aparatların monitorinqi

Kosmosda texniki servis çağırmaq mümkün olmadığı üçün nasazlıqların vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır. "AI" kosmik aparatların sensorlarından gələn məlumatları izləyərək, xətaları günlər və hətta həftələr öncədən təxmin edə bilir. Bu isə mühəndislərə vaxtında müdaxilə imkanı yaradır.

Beynəlxalq Kosmik Stansiyada çalışan astronavtların iş yükünü süni intellekt əsaslı köməkçilər yüngülləşdirir. "AI" eksperimentlərin mərhələlərini izah edir, təlimatları səsli şəkildə oxuyur və suallara dərhal cavab verir.

Kosmik tullantıların izlənməsi

Orbitdə milyonlarla kosmik tullantı mövcuddur və bunlar həm peyklər, həm də gələcək missiyalar üçün böyük təhlükədir. Süni intellekt bu tullantıların hərəkət trayektoriyasını izləyərək toqquşma risklərini əvvəlcədən müəyyənləşdirir. Gələcəkdə tullantıların toplanması üçün göndəriləcək avtonom peyklər də AI ilə idarə olunacaq.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellektin kosmosdakı rolu daha da artacaq. Avtonom elmi laboratoriyalar, ulduzlararası səyahətlər üçün marşrut planlaması, hətta digər planetlərdə qurulacaq robot koloniyalarının idarəsi də süni intellektin öhdəsinə veriləcək.

Son xəbərlər