Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Müdafiə Nazirliyində 6 milyon manatlıq mənimsəmə

21.08.2025 21:39 801
Müdafiə Nazirliyində 6 milyon manatlıq mənimsəmə
Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən hərbi qulluqçulara, eləcə də hərbi hissədə müxtəlif təyinatlarla ayrılmış pulları mənimsəyib.

O, hərbi hissənin maliyyə sənədlərinə yalan məlumatlar daxil edərək, Goranboy və Kəlbəcərdə işlədiyi hərbi hissələrdə xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Namiq Mirzəyev sözügedən ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki: "İstintaq materiallarında qeyd edilən məbləğlər yoxlama aparan şəxslərin müəyyən etdiyi məbləğlərlə hesablanıb. Birinci hərbi hissədə göstərilən məbləğlə razıyam, lakin ikinci hərbi hissədə mənimsənildiyi iddia edilən məbləğlə qismən razıyam".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bu qədər məbləği hara xərclədiyini soruşub, eləcə də o bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsinə yönəltmək üçün təqsirləndirilən şəxsin hər hansı bir mülkü yoxdur.

Təqsirləndirilən Namiq Mirzəyev cavabında deyib ki, o, ittihamda göstərilən məbləğin razılaşdığı hissəsini şəxsi ehtiyacları üçün xərcləyib. Bu pula hər hansı bir mülk almayıb.

İttihamda qeyd edilən məbləğləri topladıqda, Namiq Mirzəyevin mənimsəməkdə təqsirləndirildiyi məbləğ 6 milyon manatdan çox edir. O, prosesdə bildirib ki, bu məbləğin cəmi 43 min 800 manatını dövlət büdcəsinə qaytarıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, səhhətində problem olduğu üçün əməliyyat olunmalıdır. Müttəhim ödənilən məbləğin az olmasını həbsdə olmağı və səhhəti ilə əlaqələndirib. O deyib ki, qalan məbləği də dövlət büdcəsinə qaytarmağa çalışır. Proses şahidlərin ifadələri ilə yekunlaşıb. Bildirilib ki, növbəti iclasa daha 4 şahid də çağırılacaq. Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner