Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdır - FOTO (Yenilənib)

21.08.2025 11:26 516
Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdır - FOTO (Yenilənib)
Avqustun 20-də saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır:

"Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

* * * * *

Şəmkirdə kütləvi zəhərlənmənin səbəbi bəlli olub.

Median.Az
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadla xəbər verir ki, ötən gecədən xəstəxanaya yerləşdirilən 20 nəfər dönərdən zəhərlənib.

"Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar agentliyin "1003" Çağrı Mərkəzinə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Bəxtiyar Abbas oğlu Əhmədova məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq", - məlumatda deyilir.

Bildirilir ki, iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.








* * * * *

"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsi ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.

* * * * *

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:

- 1991-ci il təvəllüdlü V.Hüseynov,

- 2019-cu il təvəllüdlü D.Bayramlı,

- 2014-cü il təvəllüdlü X.Abbasova,

- 1987-ci il təvəllüdlü G.Babayeva,

- 2020-ci il təvəllüdlü Ö.Abbasov,

- 2011-ci il təvəllüdlü Ş.Babayeva,

- 2013-cü il təvəllüdlü Q.Babayev,

- 2016-ci il təvəllüdlü H.İsmayılov,

- 2022-ci il təvəllüdlü A.Hüseynova,

- 2005-ci il təvəllüdlü N.Nağıyeva,

- 2002-ci il təvəllüdlü A.Muradov,

- 2019-cu il təvəllüdlü S.İsmayılov,

- 1978-ci il təvəllüdlü E.Muradova,

- 2020-ci il təvəllüdlü A.Qurbanova,

- 1986-ci il təvəllüdlü G.İsmayılova,

- 1998-ci il təvəllüdlü A.Vəlizadə,

- 1996-ci il təvəllüdlü T.Süleymanova,

-1975-ci il təvəllüdlü R.Əhmədova,

- 1986-ci il təvəllüdlü G.Bayramlı,

- 1996-ci il təvəllüdlü N.Süleymanlı.

Məlumata görə, zəhərlənənlərin vəziyyəti hazırda qənaətbəxşdir.

* * * * *

Dönərdən zəhərlənən Tovuz sakinlərinin adları açıqlanıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2010-cu il təvəllüdlü E.Tağıyev və ailənin daha bir üzvüdür.

Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.

* * * * *

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Median.Az
xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

20 avqust * * * * *

Tovuzda dönərdən zəhərlənən beş nəfərdən üçü azyaşlıdır.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner