Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zərdab sakini həmyerlisini bıçaqlayıb

20.08.2025 21:59 690
Zərdab sakini həmyerlisini bıçaqlayıb
Zərdab rayonunun Qoşaoba kəndində həmkəndlilər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Median.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini Mirzə Cəfərli mübahisə zəminində həmyerlisi Süleyman İsmayılova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. M.Cəfərli isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər