Mojo.az Banner
17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |    
Left Banner
Right Banner

Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək - FOTO

20.08.2025 15:33 897
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək - FOTO
Azərbaycan ötən il Bakıda həbs edilmiş Hindistanın kriminal avtoriteti Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.

Median.Az
Hindistan mediasına istinadən xəbər verir ki, bunun üçün Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.

Məlumata görə, Mayank Sinqhin Hindistana avqustun 22-23-də təhvil veriləcək.
Bu ilin mart ayında Azərbaycanın Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqlədiyi məlum olub.

Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.

Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Hindistandan qaçmasına baxmayaraq, qanqster internet zəngləri vasitəsilə Hindistan iş adamlarını hədələyərək onlardan pul tələb etməklə cinayətkar fəaliyyətini davam etdirib. O, sosial mediada avtomat silahlarla şəkillərini paylaşaraq açıq şəkildə öz cinayətkar fəaliyyətini reklam edib.


//reportскачать dle 11.3
Mojo.az Banner