Son Xəbərlər
18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransa mediası sülh görüşünə diqqət ÇƏKİR

08.08.2025 21:55 801
Fransa mediası sülh görüşünə diqqət ÇƏKİR
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan görüşü Fransa telekanallarının, xəbər agentlikləri və portallarının diqqət mərkəzindədir.

Fransız mətbuatı bu görüşün məqsədinin Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq və sülh sazişinə dair yekun razılaşmanı əldə etmək olduğunu yazır. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Bu sənəd onilliklərdir davam edən Qarabağ münaqişəsinə son qoymağı hədəfləyir. “Bir çox lider müharibəyə son qoymağa çalışdı, ancaq bunu yalnız TRUMP bacardı”, - deyə D.Trampın sosial şəbəkələrdəki sözlərindən sitat gətirilib.

2020-ci və 2023-cü illərdəki hərbi əməliyyatlarla Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə konstitusiya dəyişikliyi ilə Qarabağa dair iddialarından imtina etməyə hazır olduğunu bildirib.

Vaşinqtondakı bu görüşün Cənubi Qafqazda dayanıqlı sülhə və iqtisadi əməkdaşlığa yol açacağı gözlənilir.

Son xəbərlər