Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya |
Mojo.az Avto
Mojo.az Avto

BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun həddə saxlanılır

08.08.2025 19:45 1 314
BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun həddə saxlanılır
Temperaturun normadan artıq olduğu hallarda uçaq bağçalarılnda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir.

Bu barədə Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isti hava şəraitinin müşahidə edildiyi günlərdə paytaxtdakı bir sıra uşaq bağçalarında soyutma və havalandırma sisteminin olmamasına dair valideynlərin şikayətləri ilə əlaqədar bildirilib.

Bəhs olunan məsələ ilə bağlı redaksiyaya müraciət edən valideynlər Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında soyutma sistemlərinin olmaması səbəbindən uşaqların istidən əziyyət çəkdiklərini bildiriblər:

“Hər axşam uşaqları bağçadan götürəndə onların qan-tər içində olduqlarını görürük. Necə olur, bağça müdirlərinin kabinetində kondisioner var, amma uşaqlar olan otaqda yoxdur? Uşaqlar yazıq deyil?”

BŞTİ-dən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun olaraq normada saxlanılır.

“Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır", - İdarədən qeyd edilib.

Son xəbərlər