Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

Azərbaycanda evə telefon çəkdirmək 30 manata başa gələcək - Rəsmi

06.08.2025 17:42 660
Azərbaycanda evə telefon çəkdirmək 30 manata başa gələcək - Rəsmi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Qərarı nazir Rəşad Nəbiyev imzalayıb.

Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.

Həmçinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3.5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0.50 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan həyata keçirilən şəhərlərarası telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0.03 manat təsdiq edilsin. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0.8 əmsalı tətbiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili istiqamətdə 0.02 manat, şəhərlərarası istiqamətdə 0.05 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0.50 manat təsdiq edilib.

RİNN-in nömrə daşınması üzrə mərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric 0.65 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində telefon nömrələrinin aktivləşdirilməsi, sabit və sellülar telefon nömrəsinin abunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, sellülar telefon nömrəsinin dublikatının verilməsi, abunəçilərin müraciəti əsasında sabit və sellülar telefon nömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDV xaric 0.30 manat təsdiq edilib.

Təsdiq edilən tariflər "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş qaydada verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sellülar və sabit telefon telekommunikasiya operatorlarına şamil olunur.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.скачать dle 11.3
Mojo.az Banner