Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib - FƏRMAN

17.04.2019 21:07 2 360
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Median.Az
-ın məlumatına görə, həmin qanunla Cinayət Məcəlləsinə "Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili"nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunub. Hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib.скачать dle 11.3

Son xəbərlər