Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Oğuzda ruhi xəstə balta ilə insanlara hücum edir

05.08.2025 12:28 672
Oğuzda ruhi xəstə balta ilə insanlara hücum edir
"Bir həftədən çoxdur ki, qorxu içindəyik. Aramızdan bəziləri məcbur evlərində qalıb, digərləri isə başqa qohumların evinə gediblər. Hər an birimiz cinayətin qurbanı ola bilərik".

Median.Az
xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Oğuz rayonunun Padar kəndinin bir qrup sakini müraciət edib. Kənd sakinləri narahatlığa səbəb kimi elə Padarda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Ruslan Elbahat oğlu Səmədovu göstərirlər.

Vətəndaşların sözlərinə görə, bu şəxs dəfələrlə həbs edilib, Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Sonra yenidən bu kəndə, evinə qayıdıb. Lakin əməllərində dəyişən heç nə olmayıb:

"Yenidən başqalarına hücum edib. Qorxumuzdan çölə çıxa bilmirik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Qətldən əvvəl onun evinə girib, neçə dəfə qapı-pəncərəsini sındırıb. Qadın ölümündən əvvəl Ruslan Səmədovun evinə də gedərək anası Sevincə, atası Elbahata şikayətini deyib. Ruslan isə şikayətlərinə görə qadını öldürəcəyi ilə hədələyib və qısa müddət sonra dediyini edib".

Kənd sakinləri deyirlər ki, Ruslan Səmədova 14 il həbs cəzası verilsə də, bunun, sadəcə, səkkiz ilini həbsdə keçirib:

"Həbsdən sonra ailəsi nə edibsə, o, Maştağa Psixiatriya Xəstəxanasına göndərilib və evinə qayıdıb. Hətta öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib və ailə üzvləri ondan şikayətçi olublar. Sonra yenə müalicəyə gedib və evinə qayıdıb. Doğma bibisi oğlu ilə dalaşıb, anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o, iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb, lakin xəsarət yetirdiyi adam ölməyib. Yenə həbs olunub. Amma əvvəlki qaydada xəstəxanaya göndərilib və evinə qayıdıb.

İyul ayında isə yenidən eşitdik ki, həmin şəxs evindədir. Ailəsi bundan əvvəl də dəfələrlə onu evində gizlədib. Sonuncu dəfə evindən balta ilə çıxıb, sonradan başqa bir kənddən tapılıb. Axırıncı dəfə isə Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra isə tövləni yandırıb. Buna səbəb isə həmin şəxsin Ruslandan şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti ilə o tutulub.

Biz qorxuruq ki, yenə eyni şeylər olsun. Əlində balta ilə küçələrdə gəzir, biri gözünə xoş görünmürsə, hansısa sözü ağlına qoyursa, onunla düşmən olur. Həmin şəxs hamımız üçün təhlükədir. Bir gün bizi də öldürə bilər..."

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədovun yeri müəyyən olunaraq saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.

Şikayətlə bağlı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ruslan Səmədov yeddi dəfə xəstəxanada stasionar müalicədə olub:

"Sonuncu dəfə 30.01.2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb. Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər".

Son xəbərlər