Mojo.az Banner
23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |     22:20 “ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?  |     21:57 Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in keçmiş əridir  |     21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:35 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:26 Etna minlərlə turistin səfərini pozdu  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |    
Left Banner
Right Banner

"Ventilyator" və ya kondisioner qarşısında yatmaq insanı xəstələndirirmi?

04.08.2025 22:52 762
Yay aylarının dözülməz istisində bir çox insan yatmaq üçün "ventilyator" (sərinkeş) və ya kondisionerdən istifadə edir. Bəs bu, sağlamlıq üçün nə qədər təhlükəsizdir?

Sinə xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Hacer Kuzu Okur bu mövzuda vacib məqamlara aydınlıq gətirib.

Ventilyator və ya kondisioner qarşısında yatmaq nəyə səbəb ola bilər?

* Burun və boğaz quruluğu yarana bilər və bu, infeksiyalara zəmin hazırlaya bilər.
* Filtrləri təmizlənməyən kondisionerlər allergen yayaraq allergik rinit və astma tutmalarına səbəb ola bilər.
* Soyuq və quru hava göz quruluğu, yanma və batma hissinə yol aça bilər.
* Xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə öskürək və nəfəs darlığı tutmalarını tətikləyə bilər.
* Soyuq havanın əzələlərə birbaşa təsiri spazmlara, boyun və kürək ağrılarına səbəb ola bilər.

Kondisioner və ventilyator arasında fərq nədir?

"Ventilyator" otağın temperaturunu azaltmır, yalnız sərinlik hissi yaradır. Filtrə ehtiyac duymur və havalandırma üçün faydalıdır.

Kondisioner isə otağın temperaturunu və rütubətini nizamlaya bilir, lakin baxım tələb edir, bahalı və hava çox quru olduqda əlavə tədbirlər tələb edir (məsələn, otağa ağzı açıq su qoymaq və ya nəmləndirici istifadə etmək).

Yuxuda ventilyator və ya kondisioner istifadəsi hansı hallarda zərərlidir?

* Davamlı hava axını əzələlərdə refleks kasılma yarada bilər.
* Boyun, çiyin və bel bölgəsində ağrılar, sərtlik və hərəkət məhdudiyyəti yarana bilər.
* Bədən karıncalanması və zəiflik müşahidə edilə bilər.
* Yuxu zamanı əzələlər dincəlməli olduğu halda, soyuq hava bu prosesi pozur.

"Kondisioner vurması” tibbi bir vəziyyətdirmi?

Bəli, bu elmi olaraq tanınan bir problemdir.

Əlamətlərə bunlar daxildir:

* əzələ və oynaq ağrısı
* keyləşmə
* titrəmə
* öskürək və nəfəs darlığı
* mövcud xəstəliklərin şiddətlənməsi

Üz iflici və hava axını arasında əlaqə varmı?

Soyuq hava üz sinirində iltihaba səbəb olaraq sinir ötürülməsini poza və nəticədə üz iflici yarada bilər. Bu yalnız yuxuda deyil, gündəlik həyatda da soyuğa uzun müddət məruz qalmaqla baş verə bilər.

Uyğun istifadə üçün tövsiyələr:

* Təhlükəsiz temperatur: Otaq temperaturu ideal olaraq 22-24°C aralığında olmalıdır.
* Rütubət balansı: Klimatlaşdırılmış otaqda ağzı açıq su qabı və ya islak dəsmal istifadə edin.
* "Ventilyator"u yönəltmək: Hava axını birbaşa bədənə deyil, otağın ümumi sirkulyasiyasına yönəlməlidir.
* Zamanlayıcıdan istifadə: "Ventilyator" və ya kondisioneri bütün gecə yox, müəyyən saatlar üçün proqramlaşdırın.
* Pəncərə açıq saxlanıla bilər: Xüsusilə "ventilyator" istifadə edilirsə, otaqda CO₂ yığılmaması üçün açıq pəncərə və ya qapı olmalıdır.
* Həssas qruplar üçün (körpələr, yaşlılar, immun sistemi zəif olanlar):
* Maye qəbulu kifayət qədər olmalıdır.
* Otaq havalandırması təmin edilməli, soyuq axının birbaşa bu insanlara yönəlməməsi vacibdir.
* Filtr və baxım mütləq müntəzəm şəkildə aparılmalıdır.
* Göz və tənəffüs xəstəlikləri olanlar üçün doğrudan üfləmə tövsiyə olunmur.

Nəticə: "Ventilyator" və ya kondisioner düzgün istifadə olunmazsa, əzələ spazmı, tənəffüs pozuntusu, allergiya, hətta üz iflici kimi ciddi fəsadlara səbəb ola bilər. Bu cihazlardan istifadə edərkən mütləq ehtiyatlı olunmalı, bədənə birbaşa yönəldilməməli, və otağın temperatur-rütubət balansı düzgün tənzimlənməlidir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner