Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı boksçunun finaldakı rəqibinin dopinq testi suallar doğurdu – MOK rəsmisi açıqlama verdi

31.07.2025 19:09 735
Azərbaycanlı boksçunun finaldakı rəqibinin dopinq testi suallar doğurdu – MOK rəsmisi açıqlama verdi
Azərbaycan boksçusu Alfonso Domingezi Paris Yay Olimpiya Oyunlarının finalında məğlub edən özbəkistanlı Lazizbek Mullacanovun dopinq testi ilə bağlı məlumat yayılıb.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyevin sözlərinə görə, dopinq testi ötən il Fransada keçirilən yarışla bağlı deyil.

Qurum rəsmisi qeyd edib ki, müsbət nəticə verən nümunə Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra götürülüb:

"Bu, olimpiadadan sonra götürülən test nümunəsidir. Yəni Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarına aid deyil. İdmançının B nümunəsi də yoxlanılacaq. Bu, sonuncu - iyunun 11-də götürülmüş test nümunəsinə aiddir. Ona görə də bu məsələdə hələlik heç bir rəsmi proses yoxdur. Araşdırma aparılıb-aparılmayacağı isə antidopinq komissiyasının səlahiyyətində olan məsələdir. Fakt budur ki, bu nümunənin olimpiadaya aidiyyəti yoxdur".

Qeyd edək ki, Lazizbek Mullacanov Paris-2024 Yay Olimpiya Oyunlarında 92 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, final görüşündə Azərbaycan millisinin üzvü Alfonso Domingezi məğlub edib.

26 yaşlı özbək idmançının dopinq testi metasteron üçün müsbət nəticə verib. Metasteron - əzələ kütləsinin və fiziki gücün sürətlə artmasına kömək edən sintetik anabolik steroiddir.

Mullacanovdan test nümunəsi iyunun 11-də götürülüb. O, indi B nümunəsinin təhlil edilməsini tələb etmək hüququna malikdir. B nümunəsi də eyni nəticəni göstərərsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya oluna bilər.

Son xəbərlər