Mojo.az Banner
17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |     16:30 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər  |     16:28 Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq  |     16:27 Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi  |     15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib

31.07.2025 12:54 717
Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib
Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.

Bu barədə jurnalist özü paylaşım edib.

Qənirə Ataşova dünən məhkəmənin baş tutduğunu və Gülsüm Əliyevanın şikayətinin təmin olunmadığını deyib.

"Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən Gülsüm Əliyevanın barəmdə xüsusi ittiham qaydası ilə qaldırdığı məhkəmə işi bu gün Səbail Rayon Məhkəməsində rədd edildi. Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız VMR klinikasını araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O, məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: "Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara niyə Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?" Tibb diplomu olmayan Gülsüm isə buna cavab verə bilməyib. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib", - deyə jurnalist paylaşımında bildirib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramova Gülsüm Əliyevaya liposaksiya əməliyyatı etdirdikdən sonra ölüb.скачать dle 11.3
Mojo.az Banner