Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanıldı

30.07.2025 13:38 819
Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanıldı
Rusiyada məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi ilə bağlı iki ay müddətinə həbs edilən Mütvəli Şıxlinski barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə bölgə məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

"Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək nəzarət altında qalacaq", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, onun həbsinə iyulun 1-də "Baku Plaza"nın yaxınlığında baş verən hadisə səbəb olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. Onlar "Gelandewagen"in şüşələrini sındırmağa başladıqları zaman Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.
скачать dle 11.3
Mojo.az Banner