Mojo.az Banner
23:02 "Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi  |     22:58 Naxçıvana dolu yağdı  |     22:50 Abel Məhərrəmova vəzifə verildi  |     22:43 Şəhid ailələrində müavinət necə bölünür? - Hüquqşünasdan CAVAB  |     22:37 "Maxi.az" rəhbərinə "stop" qoyuldu - Milyonlarla borca görə..  |     22:29 "Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək  |     22:24 Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar  |     22:18 Bakıda taksi qiyməti qalxdı  |     22:11 Avtosığorta haqqının hesablanması qaydaları dəyişir - Video  |     22:04 Ermənistanda Samvel Karapetyanın blokundan iki nəfər həbs edildi  |     21:56 Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU  |     21:51 Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     21:37 Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb  |     21:28 Bakıda müəllimin şagirdin başına saqqız yapışdırması iddiası ilə bağlı açıqlama  |     21:23 Azərbaycanda kirayə mənzil bazarında qiymətlər DƏYİŞİB?  |     21:17 Xırdalanda "Lombard-1" mağazasında oğurluq  |     21:12 Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur  |     21:12 Humanitar böhran: 22 milyon əfqanın yardıma ehtiyacı var  |     21:04 "Rigs" otelində 2000 manatlıq oğurluq  |     20:59 Yayda yağıntı 0 mm: Avropanın ən günəşli çimərlikləri açıqlandı  |    
Left Banner
Right Banner

Fərqanə xanım Nigara niyə söz atır? - Tolikdən sərt ismarış

28.07.2025 23:01 651
Fərqanə xanım Nigara niyə söz atır? - Tolikdən sərt ismarış
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) “Dream Fest” festivalında baş verənlərlə bağlı səslənən tənqidlərə münasibət bildirib.
 
Tolik bu barədə sosial mediada Nigarla bağlı paylaşıma rəy bildirib.
 
O qeyd edib ki, bir çoxları festivalın mahiyyətini düzgün başa düşmür:
 
“Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar “DreamFest”in necə keçdiyini tam anlamırlar. Bu bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər. Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil - bu yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər”. 
 
Tolik muğam ifaçısı Fərqanə Qasımovanın “Dream Fest”lə bağlı səsləndirdiyi tənqidlərə də cavab verib:
 
“Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü “bir nömrə” sayan, Youtube, TikTok, Instagram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən “bozbaş müğənnilər”dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var. Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır. Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, “muğam ifaçısıyam” deyib, əslində isə muğamdan bixəbər olan, mersiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi. Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, “mənim səsim var, çünki muğam oxuyuram” deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır”.
 
Aparıcı qeyd edib ki, Nigar Camal Azərbaycanın mədəniyyətində xüsusi yerə malik sənətçidir:
 
“Nigar, məncə, şou-biznesin ən parlaq simalarından biridir. Əgər onun geyimi ona yaraşıbsa və özü belə istəyibsə, biz azad ölkədə yaşayırıq, hər kəs öz seçiminə görə yaşaya bilər. Nigar heç vaxt TikTok, Instagram və Youtube vasitəsilə özünü önə çıxarmağa çalışmayıb. Əri ola-ola başqa kişilərin hesabına irəliləyən bəzi sosial media məşhurlarından tam fərqli olaraq, Nigar Azərbaycanı rəsmi olaraq Avroviziyada təmsil edib və ölkəmizə birinciliyi qazandıran ilk qadın ifaçıdır. Fikrimcə, belə bir insanı oturduğu yerdə hədəfə almaq düzgün deyil. Nigar da, Aysel də Avropa səhnəsində Azərbaycan bayrağını ucaldan sənətçilərdir. Niyə onları bu cür tənqid edirlər? Niyə bundan sonra ora muğam oxuyanları göndərmirlər? Bu gün burada haqlı olan Nigardır”.  (Yenisabah.az)скачать dle 11.3
Mojo.az Banner