Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib |
Mojo.az Avto
Mojo.az Avto

Arif Alışanovun qardaşı oğlunun məhkəməsində şirkət nümayəndəsi məhkəmədə dindiriləcək

28.07.2025 22:23 630
Arif Alışanovun qardaşı oğlunun məhkəməsində şirkət nümayəndəsi məhkəmədə dindiriləcək
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nəqliyyat və Rabitə Nazirliyinin mütəxəssisi ifadə verib.

Ona təqsirləndirilən şəxsin xaricdə fəaliyyət göstərən saytda profilinin olması, həmin profilə daxil ola bilməməsi bağlı suallar verilib.

Daha sonra mobil operatora ünvanlanan sorğunun cavabı elan olunub. Sorğuda Nizami Alışanın 2024-cü il aprelin 9-da harada olması ilə bağlı anten dairələri müəyyən edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Samir İsayev vəsatət verib. O, investisiya şirkətinin idarə heyətinin üzvü Ceyhun İbrahimovun əlavə şahid qismində dindirilməsini istəyib.

Təqsirləndirilən şəxs bildirib ki, Ceyhun İbrahimovla 20 ilə yaxındır tanışlığı var. Onun sözlərinə, həm Ceyhun, həm də Rövşənlə əlaqəsi olub:

"Mənim kuratorum Rövşən müəllim olub. Pulların Yeni Zelandiyaya göndərilməsindən onların xəbəri var. Ceyhun müəllim həmin investisiya şirkətinin vasitəsilə pulların göndərilməsini təsdiqləyə bilər".

Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
//report

Son xəbərlər