Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən "Epi" ləqəbli reper: "Üç dəfə qeyri-etik ifadədən istifadə etmişəm"

23.07.2025 13:19 1 830
Həbs edilən
Həbs edilən "Epi" ləqəbli reper Əkbər Novruzlu barədə detallar məlum olub.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, Əkbər Novruzlu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

İnsident 12 iyul 2025-ci il tarixində Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının ərazisində keçirilən rep deyişməsi (battle rap) tədbiri zamanı baş verib. Tədbirdə çıxış edən reper ifadəsində bildirib ki, layihə irimiqyaslı olduğundan o, Azərbaycan dilində iştirak etməyə razılaşıb və qeyri-etik ifadələrdən istifadə edəcəyini öncədən təşkilatçılara bildirib. Təşkilatçılar isə məsuliyyətin onların üzərində olduğunu deyərək narahat olmamağı tövsiyə ediblər.

Reper bildirib ki, 45 dəqiqəlik çıxışı ərzində cəmi üç dəfə qeyri-etik ifadə işlədib və bu sözlər heç kimin şəxsiyyətini alçaltmayıb:

"Bölməyə çağırıldıqda 15 dəqiqəyə ora çatdım. İlk dəfədir belə bir hal baş verir. Ailəmin maddi təminatı mənim üzərimdədir", - deyə o, məhkəmədə qeyd edib.

Əkbər Novruzlu cərimə ilə cəzalandırılmasını xahiş etsə də, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər