Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtobus sürücüsü sükan arxasında pivə içib? - Video

22.07.2025 12:32 1 527
Avtobus sürücüsü sükan arxasında pivə içib? - Video
Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə bildirib.

Video çəkilən zaman sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başındadır.

Həmin şəxs iddiaları təkzib edib:

"Bəli, onu mən içmişəm. O, kvas idi, spirtli deyildi. Bir sərnişin verdi, mən də içdim. Bu adam baxıb qışqırdı ki, guya pivədir".

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub və 30-cu polis bölməsində onun ifadəsi alınıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntülər araşdırılır.

Ətraflı süjetdə:скачать dle 11.3

Son xəbərlər