Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə məşhur eSIM provayderlərinə giriş məhdudlaşdırıldı

14.07.2025 21:41 1 068
Türkiyədə məşhur eSIM provayderlərinə giriş məhdudlaşdırıldı
Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi (BTK) ölkədə səkkiz xarici "eSIM" (elektron SIM-kart) provayderinə girişə məhdudiyyət tətbiq edib.

Median.Az
bu barədə "Haber 7" portalına istinadla məlumat verir.

Məhdudiyyət qoyulan xidmətlər arasında "Saily", "Airalo", "Holafly", "Nomad", "Instabridge", "Mobimatter", "Alosim" və BNESIM kimi beynəlxalq platformalar yer alır.

Məlumata görə, Türkiyədə analoji xidmət göstərən "Türk Telekom", "Turkcell" və "Vodafone" kimi yerli şirkətlərin fəaliyyəti isə davam edir.

Bunula belə, sadalanan xarici xidmət provayderlərinin saytlarına bəzən VPN-lə, bəzən isə birbaşa daxil olmaq mümkün olub.

Qeyd edək ki, "eSIM" - fiziki kart tələb etməyən rəqəmsal və ya qurğuda quraşdırılmış SIM-kart növüdür və xüsusilə turistlər arasında geniş istifadə olunur.

Son xəbərlər