Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur vəzifəsini itirib

12.07.2025 17:13 711
Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur vəzifəsini itirib
Qərbi Qazaxıstan vilayətində 16 məmur vilayət prokurorluğunun yoxlamasından sonra vəzifəsini itirib.

Bildirilir ki, onların bukmeyker kontorları vasitəsilə qumar oynadıqlarının üstü açılıb.

Məlumata görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72.5 min dollar) vəsait köçürüb.

O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1.74 milyon təngə (təxminən 3.7 min dollar) yatırıb, bunun da 971 min təngəsini (təxminən 2 min dollar) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

Yoxlamanın nəticələrinə əsasən, nəzarət aktları tətbiq edilib, nəticədə 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-sı tutduğu vəzifədən azad edilib.
//oxu.az

Son xəbərlər