Mojo.az Banner
15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |     13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |     23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |    
Left Banner
Right Banner

Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması TƏSDİQLƏNDİ

11.07.2025 13:58 762
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması TƏSDİQLƏNDİ
Prezident İlham Əliyev Milli Məclisin iyunun 24-də qəbul etdiyi Vergi Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik olunması barədə qanunu təsdiq edib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Bu sistem dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

Qanunda vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.скачать dle 11.3
Mojo.az Banner