Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk

09.07.2025 22:20 1 176
XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk
Bəzi rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk.

Bu barədə brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrəvana ziddiyyətlərin həlli üçün konkret addımlar təklif edilib:

"Biz Rusiya vətəndaşlarına giriş qadağasını Rusiya-Ermənistan əməkdaşlığının müttəfiqlik xarakterinə zidd olan qeyri-dostluq addımı kimi qiymətləndiririk. Bu məsələ Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun mayda Ermənistana səfəri zamanı xarici işlər nazirləri arasında müzakirə olunub. Ermənistan tərəfinə konkret addımlar təklif edilib, buna görə də biz İrəvanın reaksiyasını gözləyirik".

Son xəbərlər