Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Pekinin diplomatik qələbəsi: ABŞ ticarət maneələrini yumşaldır

27.06.2025 15:26 1 041
Pekinin diplomatik qələbəsi: ABŞ ticarət maneələrini yumşaldır
ABŞ və Çin arasında ticarət danışıqları nəticəsində bəzi məhdudiyyətlərin ləğvi gözlənilir.

Median.Az-
ın "Planet Today"ə istinadla verdiyi məlumata görə, bu barədə Çin Ticarət Nazirliyi bəyan edib.

Bildirilib ki, Çin nəzarət altında olan məhsulların ixracına dair müraciətləri qanuni əsaslarla təsdiqləyəcək, ABŞ isə Çinlə bağlı bir sıra məhdudiyyətləri aradan qaldıracaq.

"Londondakı görüşdən sonra tərəflər detalları razılaşdırıblar və qarşılıqlı anlaşma əsasında ticarət əlaqələrinin sabit və davamlı inkişafı üçün əməkdaşlıq edəcəklər", - deyə məlumatda vurğulanır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyunun 25-də Çinlə yeni ticarət sazişi imzalandığını açıqlamışdı.

Qeyd edək ki, iyunun 9-10-da Londonda keçirilən iqtisadi məsləhətləşmələr mayın 10-11-də Cenevrədə baş tutan görüşlərin nəticəsi olaraq yaradılmış mexanizmin tərkib hissəsidir və həmin görüşdə tərəflər qarşılıqlı rüsumların bir hissəsini azaltmaq barədə razılığa gəlmişdilər.

Son xəbərlər