Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Saxta olduğu bildirilən olimpiada ətrafında qalmaqal böyüyür: Təşkilatçı DANIŞDI - VİDEO

24.06.2025 11:47 1 134
Saxta olduğu bildirilən olimpiada ətrafında qalmaqal böyüyür: Təşkilatçı DANIŞDI - VİDEO
Biri aldadıldığını, digəri isə aldatmadığını deyir.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət saxta olduğu iddia edilən olimpiadadan gedir.

Övladı Dubayda keçirilən yarışmada iştirak edən valideyn "Global Olimpiad Center" MMC tərəfindən özünün və yarışmaya qatılan digər ailələrin aldadıldığını bildirir. Qarşı tərəf isə iddiaları qəbul etmir.

Valideyn Vəfa Məmmədova iddia edir ki, 7-ci sinifdə oxuyan övladı üçün 5000 manatdan çox pul verib Dubayda keçirilən beynəlxalq olimpiadaya qatılıblar, lakin sonra bu olimpiadanın beynəlxalq statuslu olmadığını, gələcəkdə şagirdə heç bir faydası olmayacağını öyrəniblər.

Valideyn həmçinin təşkilatçılıq məsələlərində nöqsanların olduğunu və testlərin doğru tərtib olunmadığını iddia edir.

"Global Olimpiad Center" MMC-nin direktoru isə iddiaları doğru saymır və bildirir ki, tam adı (Future Intelligence students olympiad) olan "FİSO" beynəlxalq olimpiada deyil, beynəlxalq yarışmadır.

Direktor həmçinin onu da qeyd edir ki, valideynlərə öncədən bütün şərtlər izah edilib və bunun əsasında müqavilə imzalanıb.

Ətraflı süjetdə:

Son xəbərlər