Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq

23.06.2025 18:55 1 176
İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib.

O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: "İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi bir vaxtda dialoqu davam etdirməyin mənası yoxdur. Biz sadəcə danışıqlar naminə danışıqlar aparmırıq".

Onun sözlərinə görə, Tehran iyunun 13-də İsrailin İrana hücumu zamanı Vaşinqtonla əlaqə saxlayıb, "akin cari hadisələr dialoqu davam etdirməyi qeyri-mümkün edir.

Nazir müavini həmçinin bildirib ki, İran ölkənin nüvə obyektlərinə ABŞ-nin hücumlarına cavab verəcək, lakin o, mümkün cavab addımlarının təfərrüatlarını açıqlamayıb: "Mən hərbçi deyiləm, amma bizim hərbçilərimiz nə edəcəklərini bilir və bunu edəcəklər".

Bununla belə, o, ABŞ bazalarına mümkün hücumlar barədə sualı cavablandırmayıb: "Mən nə edəcəyimizi açıqlamaq niyyətində deyiləm".

"Təcavüzün qurbanları kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququmuz var", - nazir müavini vurğulayıb.

O, həmçinin Almaniya kanslerini "İsrail çirkli işimizi görür" ifadəsinə görə tənqid edib.

"Çox təəssüf ki, bu sözlər hökumət başçısının dilindən səsləndi. Bu, belə vacib məsələlərin həlli üçün uyğun üsul deyil. Biz Almaniyanın qurbanın tərəfində olacağını gözləyirdik", - o əlavə edib.

Hücumlardan sonra nüvə proqramının dayandırılması mümkünlüyü barədə suala cavab verən XİN rəsmisi vurğulayıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvüdür və uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirir: "Biz beynəlxalq öhdəliklərimiz çərçivəsində hərəkət etdiyimiz müddətdə heç kəsin bizə nə edəcəyimizi diktə etmək hüququ yoxdur".

O, həmçinin bildirib ki, İran XİN başçısı Abbas Əraqçinin Moskvaya səfəri koordinasiya xarakteri daşıyır. "Rusiya bizim qonşumuz və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz məsləhətləşmələr, fikir mübadiləsi aparır və fəaliyyətlərimizi əlaqələndiririk", - nazir müavini qeyd edib.

Rusiyanın İrana mümkün hərbi dəstəyi ilə bağlı suala cavab verən nazir müavini bildirib: "Bunu kamera qarşısında deyəcəyimi gözləməyin. Lakin sirr deyil ki, Rusiya ilə hərbi əməkdaşlığımız illərdir davam edir".

Son xəbərlər