Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İran daha bir "casus"u edam etdi - FOTO

23.06.2025 13:19 1 038
İran daha bir
İranda İsraillə əməkdaşlıqda ittiham olunan Məhəmməd Əmin Məhdəvi Şayesteh adlı şəxs edam edilib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranın Ədliyyə Xəbər Agentliyi (Mizan) məlumat verib.

Xatırladaq ki, həmçinin iyunun 22-də İranda İsraillə əlaqələrdə ittiham olunan Məcid Musaibi adlı siyasi məhbus da edam edilib.

Qeyd edək ki, İslam Respublikası ilə İsrail arasında gərginliyin kəskinləşməsindən sonra İran hökuməti İsraillə əməkdaşlıqda ittiham olunan vətəndaşların həbslərinin sayını artırıb. Son aylarda ən azı üç vətəndaş İsraillə əməkdaşlığa görə edam edilib.

İyunun 16-da İslam Respublikasının məhkəmə orqanları "kəşfiyyatla əməkdaşlıq etmək və İsrailə casusluq etmək" ittihamı ilə həbs edilmiş və məhkum olunmuş İsmayıl Fikri adlı vətəndaşın edam olunduğunu da elan edib.

Son xəbərlər