Mojo.az Banner
23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |     22:20 “ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?  |     21:57 Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in keçmiş əridir  |     21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:35 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:26 Etna minlərlə turistin səfərini pozdu  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |    
Left Banner
Right Banner

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb

21.06.2025 15:25 801
Efiopiyada
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyanın dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə "ASAN xidmət" məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində "ASAN xidmət" modeli əsasında yaradılmış MESOB dövlət xidməti mərkəzinin rəsmi təqdimatı baş tutub. Nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin dövlət naziri müşayiət ediblər. Eyni zamanda, rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov da iştirak edib.

Ziyarət zamanı Azərbaycan nümayəndə heyəti üçün təqdimat keçirilib. Əddis-Əbəbə şəhərində yerləşən və səkkiz mərtəbədən ibarət olan MESOB mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.

Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və il sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.

"ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2024-cü ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilmiş görüş zamanı qarşı tərəf "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqində maraqlı olduqlarını ifadə edib və bununla bağlı Azərbaycan tərəfinin dəstəyini xahiş edib.

Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb, xidmətlərin vahid standartı müəyyən edilib, "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.

Əddis-Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və "ASAN xidmət" mərkəzlərinin konsepsiyası əsasında yenidən dizayn edilib. Xidmətlərin optimallaşdırılması və biznes proseslərin sadələşdirilməsi istiqamətində Efiopiyanın MESOB dövlət xidməti mərkəzində təmsil olunan aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.скачать dle 11.3
Mojo.az Banner