Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

19.06.2025 20:55 1 137
İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub
İranda İsrailin kiberhücumları nəticəsində iki bankın – “Bank SEPAH” və “Bank Pasargad”ın informasiya sistemlərinin işində nasazlıq baş verib.

Bu barədə İran KİV ölkə komandanlığına istinadən məlumat verib.

"Kompüter təhlükəsizliyi üzrə mütəxəssislərimiz banklardan birinin sistemlərindəki nasazlığı tez bir zamanda aradan qaldıra biliblər və hazırda ikinci bankın sistemlərinin işini bərpa etməyə çalışırlar", - məlumatda bildirilib.

KİV-in məlumatına görə, İsraillə əlaqəli "Predatory Sparrow" haker qrupu çərşənbə axşamı “Bank SEPAH”ın sistemlərinə hücum edərək onun məlumatlarını məhv etdiyini, çərşənbə günü isə “Nobitex” kriptovalyuta birjasına hücum etdiyini bildirib.

ABŞ KİV-in məlumatına görə, “Predatory Sparrow” kriptovalyuta birjasından 90 milyon dollar oğurlayıb.

Son xəbərlər