Mojo.az Banner
23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |    
Left Banner
Right Banner

Daha bir ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür

19.06.2025 15:36 1 140
Daha bir ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür
Bolqarıstan hökuməti tərəfindən həyata keçirilmiş təxliyə əməliyyatı nəticəsində İranda yaşayan bolqar vətəndaşları ölkədən çıxarılıblar. Qərar təhlükəsizliklə bağlı verilmiş rəsmi xəbərdarlıqdan sonra qəbul edilib.

Median.Az
-ın "B TV Novinite" portalına istinadla məlumatına görə, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə 17 nəfər İranı tərk edib. Onlardan 12-si Bolqarıstanın İrandakı səfirliyinin əməkdaşları, beş nəfər isə sıravi vətəndaşlardır. Onlar səfirlik konvoyuna qoşularaq ölkəni tərk ediblər.

Təxliyə konvoyu Tehrandan Azərbaycanla sərhədə qədər 10-dan çox nəqliyyat vasitəsilə hərəkət edib.

Təxminən altı saat davam edən səfərdən sonra sərhəddə əlavə altı saat gözləmə olub. Bolqarıstan vətəndaşları bundan sonra Azərbaycana daxil olublar.

Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin İrandakı diplomatik fəaliyyəti müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək.

Xatırladaq ki, bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkə hesabında bəyan edib ki, ölkəsinin Tehrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana köçürülüb.скачать dle 11.3
Mojo.az Banner