Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO

19.06.2025 13:35 867
Bakı-Qazax qatarının bileti niyə belə bahadır? - VİDEO
Bakı-Qazax qatarının bilet qiymətlərinin 147-150 manat olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu barədə Xəzər TV süjet hazırlayıb.

Bildirilib ki, qiymətlərin bu qədər baha olması sərnişinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, bu qiymətə təyyarə ilə daha uzaq yerə getmək mümkündür: "Ayın 20-si üçün bilet almaq istəyirdik, amma bilet çox bahadır. Qiymətlər "od tutub yanır”. Bu qiymətə Qazaxdan daha uzaq qonşu ölkələrə təyyarə bileti tapmaq mümkündür”.

Sərnişinlər, həmçinin bildirib ki, həmin məbləğ taksi qiymətlərindən də yüksəkdir: "Qatarın birinci sinifində bir biletin qiyməti 150 manatdır. Ünvandan götürüb lazımi yerə çatdıran sifarişli taksi isə 90 AZN-dir. Necə olur ki, taksi bu qədər yola müəyyən məbləğlə benzin yandıraraq gedir, ancaq qatar yox?”

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından (ADY) isə qeyd edilib ki, sözügedən qiymətlər sərnişinlərə bəzi üstünlüklər təklif edir: "Birinci siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda bir saat müddətində Bakı-Gəncə və Qəbələ Dəmir Yolları vağzallarında yerləşən VİP zallarından istifadə edə bilər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdiyi halda ADY əməkdaşı sərnişinin əl yükünü qatara kimi müşayiət edir. VİP zalda sərnişinə bir sıra ödənişsiz xidmətlər göstərilir. Limitsiz çay, su, qəhvə, Wi-Fi-dan istifadə və ən sonda sərnişinin qarşılanması, Bakı Dəmir Yolu Vağzalında iki saatlıq ödənişsiz avtoparkinq bunlara daxildir. Birinci siniflə səyahət edən sərnişinlərə, həmçinin ödənişsiz yemək təklif olunur”.

Daha ətraflı videomaterialda:

Son xəbərlər