Mojo.az Banner
17:54 Azərbaycanda MMA döyüşçüsü vəfat etdi - FOTO  |     17:45 NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR  |     17:38 İyulda hava necə olacaq?  |     17:34 Bu kollecə yeni direktor təyin olundu  |     17:34 Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü  |     16:54 Bakının mərkəzində bəzi obyektlər sökülür - FOTO  |     16:08 Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi  |     15:53 Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır  |     15:13 Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ  |     14:46 Hövsanda evlər sökülür - Kompensasiya veriləcək  |     14:33 Universitetlərdə diplomlar bu ildən elektron veriləcək  |     14:31 Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi  |     14:14 "Demokratiya TV"nin rəhbəri həbs edildi  |     14:05 Pirşağıda dənizdə qadın batıb  |     13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |    
Left Banner
Right Banner

Bakıda idman yarışlarında qaliblərə ayrılan pullar verilməyib, nazirliyə 871 min manatdan çox zərər dəyib - MƏHKƏMƏ

18.06.2025 19:35 459
Bakıda idman yarışlarında qaliblərə ayrılan pullar verilməyib, nazirliyə 871 min manatdan çox zərər dəyib - MƏHKƏMƏ
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib.

Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:

"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə verməyib, özlərinə götürüblər".

Prosesdə zərərçəkən kimi tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığını bildirib.

Məhkəmədə şahid Samir Kazımov ifadə verib. Onun sözlərinə görə, 2004-cü ildən sözügedən idarədə baş məsləhətçi işləyib:

"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, planda nəzərdə tutulmayan tədbirlərimiz də olurdu.Bunlar məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Biz digər qurumlarla da tədbirlər təşkil edirdik".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Belə ki, şahid ibtidai istintaq zamanı deyib ki, bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsi keçirilməyib. Şahid sözügedən ifadələr arasındakı ziddiyyətə münasibət bildirməyib.

Növbəti proses iyulun 9-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə dəymiş ziyandan 100 min manat ödənilib.
//reportскачать dle 11.3
Mojo.az Banner