Mojo.az Banner
23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |     21:07 Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi  |     21:02 Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq  |     20:59 Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər  |     20:56 Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu  |     20:52 Azərbaycanda baş verən qida zəhərlənmələri araşdırıldı: Bakteriyalar aşkar olundu - FOTO  |    
Left Banner
Right Banner

Həftə ərzində 1358 hektar ərazi minalardan təmizlənib

17.06.2025 20:53 867
Həftə ərzində 1358 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1358.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.скачать dle 11.3
Mojo.az Banner