Mojo.az Banner
17:41 Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:07 Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq  |     17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |     16:24 Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?  |     16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |     15:54 Mehdiabadda kişini başından vurub öldürdülər  |     15:49 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     15:45 IV kurs tələbəsi vəfat etdi  |     15:36 Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam  |     14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |    
Left Banner
Right Banner

Dövlət Agentliyi: 4 ayda 29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb

17.06.2025 20:41 723
Dövlət Agentliyi: 4 ayda 29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisənin idxal etdiyi 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.

“İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycandilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır”, - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner