Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ötən il istehlakçı hüququna dair 8 minə yaxın müraciətə baxılıb

15.03.2025 19:50 630
Azərbaycanda ötən il istehlakçı hüququna dair 8 minə yaxın müraciətə baxılıb
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması və bazara nəzarətlə bağlı 7 979 vətəndaş müraciətinə baxıb.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 2 702 müraciət təmin edilib, 66 halda araşdırma aparılıb, lakin iddia edilən hallar təsdiqini tapmayıb, 3 642 vətəndaşa müvafiq izahat və tövsiyə verilib, 826 müraciət baxılması üçün aidiyyəti orqanlara göndərilib, 130 müraciət tələb olunan sənədlər təqdim edilmədiyindən araşdırılmayıb, 35 müraciət işə alınmayıb, 663 müraciət üzrə araşdırmalar isə davam etdirilir.

Baxılmış müraciətlərin 4,6%-i qida məhsulları, 48,8%-i qeyri-qida məhsulları, 43,5%-i xidmətlər, 1,6%-i səhiyyə (dərman vasitələri və tibbi avadanlıqlar), 1,7%-i isə digər sahələrlə bağlı olub.

İstehlakçıların hüquqlarının qorunması çərçivəsində görülən tədbirlər nəticəsində 435,6 min manat vəsait istehlakçılara qaytarılıb.

Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlar əsasında 25 hüquqi və 8 fiziki şəxs barəsində ümumilikdə 48 inzibati xəta protokolu tərtib edilib və müvafiq tədbirlər görülüb.

İnzibati tənbeh tədbirlərinə əsasən, 5 istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilib, 5 halda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulub, 26 halda malın (xidmətin) ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı istehlakçıların az miqdarda aldadılması müəyyən edilib, 5 halda istehlakçı hüquqlarının və ticarət qaydalarının pozulması ilə bağlı icra orqanının qanuni yazılı tələbləri yerinə yetirilməyib, 1 halda dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən baha satılıb. 6 halda qiymət intizamı pozulub. Bu hallara menyunun düzgün tərtib olunmaması və satılan məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi daxildir.

Hüquqi şəxslərlə bağlı işlər məhkəməyə göndərilib, fiziki şəxslər barəsində isə inzibati tənbeh tədbirləri tətbiq edilib.

İstehlak bazarında aparılan monitorinqlər zamanı 18 müəssisə tərəfindən idxal olunan 53 adda qeyri-ərzaq mallarının etiketində Azərbaycan dilində istehlakçılar üçün zəruri məlumatların olmadığı müəyyən edilib.

Bu pozuntuların aradan qaldırılması məqsədilə həmin müəssisələrə xəbərdarlıq məktubları göndərilib.
//report

Son xəbərlər