Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: "Adambaşına gömrük daxilolmalarımız ABŞ-yə nisbətən 2 dəfə çoxdur"

13.06.2025 19:16 789
Deputat:
Azərbaycanda gömrük orqanlarının xətti ilə toplanılan vəsaitin adambaşına 660 ABŞ dolları olması hökuməti ciddi narahat etməlidir.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar icasında bildirib.

"ABŞ-də adambaşına gömrük daxilolmaları Azərbaycanla müqayisədə təxminən 2 dəfə az - 300 dollardır. Bu, hökuməti ciddi düşündürməlidir ki, ölkənin idxalı niyə bu qədər çoxdur? Biz niyə istehsalla özümüz məşğul ola bilmirik? Xarici vıə yerli sahibkarlar niyə bizim gözlədiyimiz səviyyədə sərmayə yatırmırlar?", - deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, iqtisadi cinayətlərlə bağlı işlərin araşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın: "Digər dövlət orqanları da iqtisadi fəaliyyətlə bağlı cinayət faktı aşkarlayarsa, dərhal materialları vergi orqanlarına göndərməlidir. Hesab edirəm ki, sahibkarlara azad nəfəs almaq imkanı yaradılmalıdır. Qanunun aliliyi təmin edilməli və mülkiyyəri qoruyan güclü məhkəmələr olmalıdır".

Son xəbərlər