Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)

12.06.2025 22:34 825
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir (VİDEO)
Avtobus zolaqlarında minik nəqliyyat vasitələrinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

İlk belə yer Xətai rayonu, Yusif Səfərov küçəsində təşkil edilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Yəni lövhəyə ən yaxın yerdəki qırıq xətlərdən zolağa daxil olmaq, ən tez zamanda da zolaqdan çıxmaq lazımdır. Yəni bu ərazidə durmaq qadağandır.

Tural Orucov bildirdi ki, Yusif Səfərov küçəsindəki bu məntəqənin yaradılmasında yaxınlıqdakı xəstəxana və digər obyektlərin olması əsas götürülüb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

Son xəbərlər