Bakıda daha dörd ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında - "8-ci kilometr" bazarının qarşısında, "Neftçilər" və "Xalqlar dostluğu" metro stansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.