Mojo.az Banner
11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi

12.06.2025 21:12 663
Bahalı avtomobil nömrəsi almaq adı ilə iş adamının 106 min manatını mənimsədi
Bakıda avtomobillər üçün dövlət nömrə nişanı almaq adı ilə külli miqdarda dələduzluq edən Novruz Əskərovun cinayət işinin məhkəmə araşdırması başlayıb.

Oxu.Az-ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra prokuror Rauf Malışov təqsirləndirilənin 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilənin yaxınları zərərçəkənə dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti proses iyulun-3-nə təyin olunub.

Qeyd edək ki, Novruz Əskərov Bakı sakini, iş adamı Fərid İmanovun etibarından sui-istifadə edərək, avtomobil dövlət nömrə nişanlarını alıb baha satmaq adı ilə onu aldadıb. Bu məqsədlə o, iş adamından dəyəri 23 000 AZN olan avtomobil nömrə nişanı ilə birlikdə ümumilikdə 106 600 AZN alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner