Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb məntəqəsinin müdiri dələduzluğa görə cərimə edildi

12.06.2025 20:59 696
Tibb məntəqəsinin müdiri dələduzluğa görə cərimə edildi
Şəki rayonu Babaratma kənd tibbi məntəqəsinin müdiri işləmiş D.Kərimova dələduzluq əməli törədib.

O, vətəndaşlardan birini Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Dövlət Universitetinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə həmin şəxsdən 3500 manat pul alıb.

Sonradan onun yalan danışdığı üzə çıxıb. Qarşı tərəf polisə müraciət edib. D.Kərimova saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Bərdə Rayon Məhkəməsində aparılıb.

Məhkəmə prosesi zamanı məlum olub ki, D.Kərimova zərərçəkənlə ortaq tanışları vasitəsi ilə tanış olub. Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədən kəsilən zərərçəkmiş Qarabağ Dövlət Universitetində işə düzəlmək istəyib.

Tanışı bu işdə ona yardım edə biləcəyini deyib. Məlum olub ki, bu məsələni D.Kərimova həll edəcək.

Məhkəmə prosesi zamanı D.Kərimova verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin aydın olub ki, dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə D.Kərimova 1500 manat cərimələnib.//qaynar.azскачать dle 11.3

Son xəbərlər