Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? - Məhkəmə işi

11.07.2024 16:01 879
DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? - Məhkəmə işi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Qaynarinfo" təfərrüatı öyrənmək üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlayıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar şöbəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır.

Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə ittiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir:

"Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomima Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir".

Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib:

"Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ DSMF-yə köçürülməli puldur. Yəni mənimsənilən 332 min 156 manat DSMF-yə köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması ilə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomima Teatrı olaraq biz bu prosesdən alnıaçıq çıxdıq".

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar şöbəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə -külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Aytən Kərimova 2019-22-ci illərdə bu vəzifədə çalışıb.скачать dle 11.3
Mojo.az Banner