Mojo.az Banner
20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |     17:27 Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar  |     16:19 750 əyarlı 5 qram ağırlığında qızıl üzüklər 50 manat ucuzlaşdı  |     16:14 Dəniz duzunun adi duzdan daha sağlam olmasının səbəbi nədir?  |     16:05 Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi  |     15:58 Xalq artistinin anası vəfat etdi  |     15:53 Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir  |     15:47 Azərbaycanda bu avtomobillərin xüsusi tanınma nişanı olacaq  |     15:39 Sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyənləşir  |     15:32 Şənbə günü 39° isti olacaq  |     15:27 75 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu  |     15:19 Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir  |     15:13 Azərbaycanda Media və Yayım Şurası yaradılır  |     15:08 Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər  |    
Left Banner
Right Banner

İlham Əliyev TDT nazirlərinin Bakıda keçirilən iclasının iştirakçılarına müraciət ünvanlayıb

12.06.2025 12:20 513
İlham Əliyev TDT nazirlərinin Bakıda keçirilən iclasının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda ikinci iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.

Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.

Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaqdır".скачать dle 11.3
Mojo.az Banner